Nazim Əhmədlinin ingilis dilində şeirlər kitabı çıxdı

Nazim Əhmədlinin ingilis dilində şeirlər kitabı çıxdı
11 sentyabr 2021
# 12:30

Şair Nazim Əhmədlinin Stay In My Heart (“Ürəyimdə qal”) adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub.

Kulis.azın verdiyi xəbərə görə, şeirlərin tərcüməçisi və “Ön söz”ün müəllifi Beynəlxalq Yazıçılar İttifaqının həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir.

Kitab “Mütərcim” Nəşriyyat Evində çap olunub.

Xatırladaq ki, “Müasir Azərbaycan Poeziyası ingilis dilində” layihəsi çərçivəsində çap olunan bu topluya Nazim Əhmədlinin müxtəlif illərdə sevgi, Vətən, ana və s. mövzularda yazdığı seçmə lirik şeirləri daxil edilib.

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #