Nobel mükafatı laureatı Orxan Pamukun əsərlərinin plagiat olduğu iddia olunur.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə iddianı "Yeni Akit" dərgisinin əməkdaşı Faruk Arslan irəli sürüb.
Arslanın iddiasına görə, Pamukun "Cövdət bəy və oğulları" əsəri ilə alman yazıçı Tomas Mannın "Buddenbruk ailəsi" bir-birinə çox oxşardır.
Məşhur "Mənim adım qırmızı" romanının Umberto Ekonun "Qızılgülün adı" romanı ilə demək olar ki, eyni olduğunu qeyd edən Arslan "Qar" romanının da Dostoyevskinin "Şeytanlar" romanının plagiatı olduğunu yazıb.
İddiaya görə, "Bəyaz qala" əsəri isə 16-cı əsrdə Osmanlı İmperiyasının ən məşhur həkimlərindən birinə çevrilən, vaxtilə kölə olmuş Pedronun sərgüzəştlərindən bəhs edən “Pedronun İstanbula məcburi səfəri” romanının plagiatıdır.