Müslüm Maqomayevin xatirəsi anılıb

Müslüm Maqomayevin xatirəsi anılıb
18 avqust 2021
# 10:08

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayev anadan olmasının 79-cu ildönümü günündə yad olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edərək deyib: “Müslüm Maqomayev çox şərəfli, yaradıcı uğurları dolu bir ömür yaşayıb. O, bütün ömrünü musiqiyə həsr etdi və təkrarolunmaz keyfiyyətlərlə ucalığa qalxdı. Müslüm Maqomayev musiqiçi ailəsində doğulduğuna görə piano, bəstəkarlıq sahəsində böyük nailiyyətlər qazandı”.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

# # #