Dünyanın ən böyük xalçası təqdim edilib

Dünyanın ən böyük xalçası təqdim edilib
2 avqust 2019
# 12:01

İran Prezidenti Həsən Ruhani Təbriz Beynəlxalq Xalça Sərgisinin açılışında dünyanın ən böyük əldə toxuma xalısını təqdim edib.

Kulis.az İran KİV-lərinə istinadla xəbər verir ki, təbrizli ustaların ərsəyə gətirdikləri 600 kvadratmetrlik və çəkisi 3 ton olan bu nadir sənət nümunəsində 700 rəngdən istifadə edilib. Onun toxunması altı il davam edib və avqustun 3-dək İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə nümayiş olunacaq.

Qeyd olunur ki, Təbriz Beynəlxalq Xalça Sərgisində Qərbi və Şərqi Azərbaycandan olan ustalar ilə yanaşı, Gilan, Qum, Tehran şəhərlərinin də xalçaçıları iştirak edirlər. /azertag.az/

# 1333 dəfə oxunub

Müəllifin son yazıları

# # #