Müslüm Gursesin öldürülməsi ilə bağlı şok iddia

Müslüm Gursesin öldürülməsi ilə bağlı şok iddia
31 avqust 2020
# 13:50

Müslüm Gursesin öz xanımı tərəfindən öldürüldüyü iddiası ortaya çıxıb.


Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətində yayımlanan televiziya proqramında iştirak edən müğənni və aktyor Yunus Bülbül iddia edib. O, bildirib ki, Müslüm Gürses həyat yoldaşı Möhtərəm Nur tərəfindən qətlə yetirilib.


Müğənninin fikirləri Müslüm Gursesin yaxınları və sevənləri tərəfindən etirazla qarşılanıb. Bir qrup pərəstişkar müğənninin məzarı üstünə yığışaraq bu iddaya öz etirazlarını bildiriblər.


Möhtərəm Nurun mənəvi oğlu Yunus Bülbülü onlardan üzr istəməyə dəvət edib. Əks təqdirdə o, məhkəməyə müraciət edəcəyini qeyd edib.

# 1676 dəfə oxunub

Müəllifin son yazıları

# # #