Nizami heykəlinə görə çinli heykəltəraşa orden verildi

Nizami heykəlinə görə çinli heykəltəraşa orden verildi
5 fevral 2021
# 16:54

Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə, Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Kulis.az xəbər verir ki, çinli heykəltəraş-rəssam Yüen Sikun Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin ən iri parklarından olan Çaoyanda qoyulmuş büstünün müəllifidir. Dövlətimizin başçısının dahi Nizami Gəncəvinin dünyanın ən iri şəhərlərindən olan Pekindəki büstünü hazırlayan heykəltəraşı ordenlə təltif etməsi “Nizami Gəncəvi İli”nə təsadüf edir.

Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun müxtəlif xalqların dahilərinin büstlərini hazırlamaqla məşhurdur. Konfutsi, Mahatma Qandi, Aristotel və bu kimi onlarca şəxsiyyətin abidəsinin olduğu Çaoyan parkın ərazisində 2012-ci ildə dahi Nizami Gəncəvinin tuncdan tökülmüş büstü qoyulub. Heykəltəraş Nizami Gəncəvinin büstünü təxminən 8 aya hazırlayıb. O, Nizami Gəncəvinin daxili aləmini dəqiq təqdim etmək üçün dahi şairin əsərlərini mütaliə edib./azertag.az/

# 2396 dəfə oxunub

Müəllifin son yazıları

# # #