Məşhur meksikalı sənətçi Azərbaycanı dəstəklədi

Məşhur meksikalı sənətçi Azərbaycanı dəstəklədi
15 oktyabr 2020
# 10:05

Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi Sonia Amelio videomüraciət yayıb.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb. Sənətçi videomüraciətdə Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Qeyd edək ki, Sonia Amelio iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış edib.

# 1954 dəfə oxunub

Müəllifin son yazıları

# # #