Musiqili Teatrın həftəsonu tamaşaları

Musiqili Teatrın həftəsonu tamaşaları
21 may 2020
# 17:47

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək.

Tamaşalar sənət ocağının "Facebook”dakı səhifəsi vasitəsilə canlı nümayiş ediləcək. Belə ki, teatrın kollektivi mayın 22-si saat 18:00-da "Arşın mal alan”, 23-ü saat 18:00-da retro tamaşalardan olan "O olmasın, bu olsun” və 24-i saat 18:00-da "Ər və arvad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Xatırladaq ki, sənət ocağı 1910-cu il mayın 24-də dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvad” tamaşası ilə təşəkkül tapıb. O vaxtdan bu vaxta bizi 110 illik zaman məsafəsi ayırır. /azertag.az/

# 2063 dəfə oxunub

Müəllifin son yazıları

# # #