Kredit və kirayə pulunu ödəyə bilməyən amerikalılar - Ulucay Akif

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

12 may 2025
# 18:45

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Bizim camaat elə bilir ki, digər ölkələrdə, məsələn, elə Amerikanın özündə camaat kreditin, kirayə pulunun, kommunal xərclərin dərdini çəkmir.

Ciddi-ciddi belə düşünürsünüz də, hə?

Ki amerikalıların, avropalıların kredit, kirayə, kommunal-filan dərdləri yoxdur.

Nəyə əsasən belə düşünürsünüz? Baxdığınız Hollivud filmlərindən öyrənmisiniz?

Yəni siz elə bilirsiniz ki, amerikalılar işdə oturub "kreditin vaxtı çatıb, necə verəcəm?", "ev kirayəsini necə ödəyəcəm?" dərdi çəkmir?

İndi hansısa ağıllı deyəcək ki, "var e, bizdəki qədər deyil!".

Nə bilirsən nə qədərdir, ay qardaşım, ay bacım?

Var əlində rəqəmlər?

Hardan bilirsən bizdə çoxdur, onlarda azdır?

Gəl sənə adicə statistik rəqəmləri deyim, özün düşün.

Amerika vətəndaşlarının hazırda 800 milyondan çox aktiv kredit kartı var. 800 milyon! Sadəcə kredit kartı. Bizim bu "birkart" kimi kredit kartlarından.

Amerika əhalisini nəzərə alsaq, adambaşına təxminən 4 kredit kartı düşür. Yəni hər ABŞ vətəndaşının ortalama 4 kredit kartı var. Yenə deyirəm, bu, hələ sadəcə kredit kartıdır ha.

Və vətəndaşların kreditləri bağlamaqda ən çox çətinlik çəkdiyi ölkələrdən biridir. Yüksək faiz, infilyasiya və hər şeyin qiymətinin artmasından onlar da şikayətlənirlər.

İndi deyəcəksiniz ki, "onlarda varlılar, imkanı yaxşı olanlar da var".

Bizdə yoxdur? Kimi aldadırsınız?

Ən çox varlı, imkanlı adam elə bizdədir, sadəcə, ölkəlikcə hamımız ağlamağı xoşlayırıq.

P.S. YAZIMIN SONUNDA BÖYÜK HƏRFLƏRLƏ BİLDİRMƏK İSTƏYİRƏM Kİ, QƏTİYYƏN AZƏRBAYCANLILARIN GÜN-GÜZƏRANININ, MADDİ RİFAHININ YAXŞI OLDUĞUNU DEMİRƏM VƏ DÜŞÜNMÜRƏM. AMMA BAŞQA ÖLKƏLƏR HAQQINDA DA UTOPİK DÜŞÜNCƏLƏRDƏ DEYİLƏM, HƏQİQƏTİN NECƏ OLDUĞUNU BİLİRƏM.

# 505 dəfə oxunub

Müəllifin son yazıları

# # #