Türkiyənin məşhur müğənnisi Nazan Öncelin romanı çapdan çıxıb.
Kulis.az xəbər verir ki, “Everest” nəşriyyatında çapdan çıxan “Yarınsız yarın” adlanan kitab oxucuların ixtiyarına verilib.
Sənətçi kitabında uşaqlığı, yaşlılığı, aşiq olmağı və itkilərinin ağrılarından bəhs edib.
Qeyd edək ki, Nazan Öncəl “Gidelim Buralardan”, “Erkekler De Yanar”, “Ben Sokak Kızıyım” ve “Beni Bu Koca Şehirde Yalnız Bırakma” kimi bir çox məşhur mahnılara möhrünü vurub. Sənətçi Orxan Pamukun “Məsumiyyət muzeyi” romanından təsirlənərək romanın qəhrəmanları olan Kamal ilə Fisunun hekayəsinə “Canım benim nasılsın?” mahnısını həsr edib. Mahnı 2008- ci ildə yayımlanan “Xətrinə susdum” albomunda yer alıb.