Məşhur rəssamın avtoportreti rekord məbləğə satıldı

Məşhur rəssamın avtoportreti rekord məbləğə satıldı
29 iyul 2020
# 18:42

Holland rəssam Rembrandtın 1632-ci ildə çəkdiyi "Harmen van Reyn" rəsmi Londonda rekord məbləğdə - 14.5 milyon funta satılıb.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, əsərdə qara geyimli və papaqlı, büzməli dəyirmi yaxası olan bir gənc təsvir olunub. Rəssam mütəxəssislərin fikrincə bu əsərdən öz qabiliyyətini varlı müştərilərə nümayiş etdirmək və ya iki il sonra evləndiyi bir qadının qohumlarını təəssüratlandırmaq üçün vizit kartı kimi istifadə edə bilərdi.

Xatırladaq ki, özünü 26 yaşında təsvir edən rəssam bu işi ən xoşbəxt və yaradıcılığının qaynar illərində yaradıb. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.

# 1883 dəfə oxunub

Müəllifin son yazıları

# # #