Elçinin “essecik”ləri nəşr olundu

Elçinin “essecik”ləri nəşr olundu
9 iyun 2021
# 17:53

Xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı yenidən nəşr olunub.

Kulis.azın vediyi xəbərə görə, kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanıb.

Müəllif yeni nəşrə yazdığı ön sözdə deyir: “Bu kitaba toplanmış ədəbi qeydlərdə – “essecik”lərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.”

Kitaba bir sıra yeni esselər də daxil edilib.

Xatırladaq ki, kitab İlk dəfə 2002-ci ildə nəşr edilib.

“Ədəbi düşüncələr” Türkiyədə ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunub.

No description available.

# 1814 dəfə oxunub

Müəllifin son yazıları

# # #