Məşhur rejissor yeni filminin çəkilişinə başlayır

 Məşhur rejissor yeni filminin çəkilişinə başlayır
10 aprel 2020
# 14:28

“Netflix” və “Apple” şirkətləri Martin Skorsezenin yeni filminə sponsorluq edəcəklər.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur Amerika rejissoru Martin Skorsezenin rəsmi nümayəndələri Roberto De Niro və Leonardo Di Kaprionun iştirakı ilə "Çiçək ayının qatilləri" adlı yeni filminin çəkilişləri üçün “Apple” və “Netflix” şirkətləri ilə danışıqlara başlayıb.

Xatırladaq ki, 2019-cu ildə “Paramount Pictures” film studiyası filmin istehsalına razılıq versə də studiya nümayəndələri 200 milyona çatan büdcənin çox böyük olduğunu əsas gətirərək filmin sponsorluğundan imtina etmişdi.

İddia olunur ki, Skorseze “Apple”, “Netflix”, “Universal Studios” və “MGM”-dən özü filmin çəkilişləri üçün maddi kömək istəyib.

# 1690 dəfə oxunub

Müəllifin son yazıları

# # #