Aktyorlar cərimələnəcəklər – Səbəb

Aktyorlar cərimələnəcəklər – Səbəb
13 yanvar 2022
# 13:10

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan bəzi aktyorların tamaşa zamanı yerli-yersiz improvizə edərək hər hansı bir xarici dildə kəlmələrini işlətmələrini nəzərə alaraq əmr imzalayıb.

Kulis.az xəbər verir ki, aktyorlar məşq zamanı improvizə etməklə hər hansı bir xarici dildə sözlərdən istifadə etdikdə 1 manat, tamaşa zamanı bu hal təkrar olunarsa 5 manat cərimələnəcək və bunu teatrın kassasına ödəyəcəklər.

Tamaşa əgər xarici dildədirsə, təbii ki, bu əmr həmin tamaşaya tətbiq olunmur.

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #