Məşhur prodüser aksiyaçılara 10 milyonluq yardım edəcək

Məşhur prodüser aksiyaçılara 10 milyonluq yardım edəcək
6 iyun 2020
# 10:04

Məşhur prodüser Ceffri Ceykob Abrams irqçiliklə mübarizə aparan təşkilatlara 10 milyon dollar ianə edəcəyini açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Ulduz döyüşləri” və “Ulduz Trek” kimi filmlərin prodüserliyini edən C.C.Abrams nəzərdə tutulan məbləğin beş il ərzində müxtəlif qurumların hesabına köçürüləcəyini bildirilib.

Prodüser açıqlamasına “artıq yetər” sözləriylə başlayıb. Polis şiddəti və ağ dərililər üçün yaradılan imtiyazların dayandırılması üçün çağırış edib. İanələrin isə hər il 2 milyon dollar olaraq bölüşdürüləcəyini söyləyib.

Qeyd edək ki, Corc Floydun ölümünə görə, ABŞ-da bir həftədir davam edən etiraz aksiyalarına əyləncə və sənət dünyasından da bir çox məşhur simalar dəstək olur. Beyons, Leydi Qaqa və Rihanna kimi məşhurlar Floydun öldürülməsində məsuliyyət daşıyan polislərə qarşı etiraz çağırışları ediblər.

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #