Məşhur muzeylərin eksponatlarını dağıtdılar

Məşhur muzeylərin eksponatlarını dağıtdılar
22 oktyabr 2020
# 18:04

Berlindəki Muzeylər adasında yerləşən muzey və qalareyalardakı eksponatlara naməlum şəxslər tərəfindən zərər vurulub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın əvvəllərində Alman Birliyi Günündə baş verib. Naməlum şəxslər Muzey adasında yerləşən Pergamonda, Yeni Muzeydə, Köhnə Milli Qalereyada olan 70 eksponatın üzərinə boya töküb.

Zədələnmiş eksponatlar arasında Misir sarkofaqları, daş heykəllər, 19-cu əsrə aid rəsmlər var.

Cinayətkarın təkbaşına və ya qrup şəklində törədilməsi məlum deyil.

# 1826 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #