“Molla Nəsrəddin 2022” tamaşasının premyerası olacaq

“Molla Nəsrəddin 2022” tamaşasının premyerası olacaq
27 may 2022
# 13:20

"Molla Nəsrəddin 2022" tamaşasına ictimai baxış keçirilib.

Kulis.az xəbər verir ki, komediya janrında, Xaqani Əliyevin müəllifi olduğu, quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Oruc Qurbanovun ərsəyə gətirdiyi tamaşa Şuşa teatrında ictimai baxışa çıxarılıb. Tamaşa Səhnə teatrına məxsus olsa da, Şuşa teatr binasında göstərilib.

Tamaşada Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Əməkdar artist Vaqif Kərimov, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli və Ağaəli Kərimzadə iştirak ediblər.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunu biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd cavanları ilə mübarizəyə başlayırlar. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.

Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.

Qeyd edək ki, tezliklə tamaşanın premyerası oynanılacaq.

# 1163 dəfə oxunub

Müəllifin son yazıları

# # #