Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi
22 aprel 2021
# 16:10

Türkiyəli müğənni Hakan Altun beyin qanaxması təhlükəsi ilə xəstəxanaya aparılıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, müğənninin vəziyyəti kanalların birində yayımlanan şou verilişin çəkilişinə hazırlıq zamanı anidən pisləşib. O, çəkiliş qrupu tərəfindən xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib.

Hal-hazırda nitq problemi yaşayan müğənni 2007-ci ildə beyin şişindən əməliyyat olunub.

# 1464 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #