Məşhur müğənni Meray Keri memuraını başa çatdırdı.
Kulis.az rus mətbuatına əsasən xəbər verir ki, məşhur 50 yaşlı müğənni Meray Keri "Mariah Carey'in mənası" adlı xatirə kitabı üzərində işini artıq tamamlayıb. Bu barədə o, İnstaqramdakı səhifəsində məlumat verib:
"Həyatımın müxtəlif tərəfləri haqqında danışmaq istəyirəm: eniş-yoxuşlar, zəfərlər və xəsarətlər, uğursuzluqlar və bu gün mənə insan olmağa kömək edən xəyallar. Bu kitab xatirələrimdən, uğursuzluqlarımdan, mübarizələrimdən, sağ qalmağımdan və mahnılarımdan ibarətdir”.
Kitabın sentyabrın 29-da satışa çıxarılması gözlənilir.