Məşhur komediya ustası vəfat etdi

Məşhur komediya ustası vəfat etdi
18 iyul 2020
# 10:15

Huysuz Virjin obrazı ilə tanınan Türkiyəli sənətçi Seyfi Dursunoğlu 87 yaşında dünyasını dəyişib.


Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, Koah xəstəsi olan və 15 gündür sətəlcəmdən müalicə olunan sənətçi dünən axşam saatlarında dünyasını dəyişib.

Seyfi Dursunoğlu 1932-ci ildə Trabzonda dünyaya gəlib. Dəniz liseyini bitiridikdən sonra İngilis filologiyası üzrə təhsilini yarımçıq qoyub Sosyal Siğorta Qurumunda məmur olaraq işə başlayıb. 18 il dövlət məmuru olan Dursunoğlu 1970- ci ildə işindən ayrılıb Huysuz Virjin adı ilə səhnəyə çıxıb.




# 2340 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #