Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
24 avqust 2021
# 16:28

Sovet aktyoru, ssenaristi Vladislav Romanov dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor ötən gün 72 yaşında vəfat edib. Onun ölüm səbəbi məlum deyil.

Romanov 1971-ci ildə VQİK-in məzunu olub. O, kino və ədəbiyyatla bağlı bir çox müsabiqələrin laureatı olmaqla yanaşı, “Təhlükəli cinayətkar axtarılır”, “Şəhərin kənarında bir yerdə”, “Cəsarətli cütlük”, “Maestro oğru”, “Gizli mühafizəçilər”, “Payız dedektivi”, “Admiral” adlı bir sıra filmlərə çəkilib.

# 1621 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #