Moskva Beynəlxalq Kinofestivalı oktyabrda keçiriləcək

Moskva Beynəlxalq Kinofestivalı oktyabrda keçiriləcək
15 aprel 2020
# 17:28

Aprelin 22-dən 29-dək keçirilməsi nəzərdə tutulan Moskva Beynəlxalq Kinofestivalı yeni növ koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kinofestivalın vaxtı dəyişdirilərək oktyabr ayına təyin olunub.

Belə ki, 42-ci Moskva Beynəlxalq Kinofestivalının oktabrın 1-dən 8-ə qədər keçiriləcəyi gözlənilir.

# 1318 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #