Amerikalı yazıçı Stiven Kinq öz Twitter səhifəsində baş rolda Ezra Millerin oynadığı yeni superqəhrəman filmi "The Flash"ı tərifləyib.
Kulis.az xəbər verir ki, “Bu gün mən The Flash-a ön baxış keçirdim. Mən adətən super qəhrəman filmlərini sevmirəm, amma bu film xüsusidir. O, səmimi, gülməli və heyrətamizdir. Mən çox həzz aldım”, - deyə Kinq yazıb.
Filmin premyerası iyunun 16-da kassada baş tutacaq. Filmin süjeti anasını xilas etmək üçün keçmişə səyahət edən, lakin onun müdaxiləsi ilə bütün dünyanı təhlükə qarşısında saxlayan super qəhrəman Flashdan bəhs edir.
Qeyd edək ki, bundan bir müddət öncə Warner Bros. yeni "The Flash" filmini ən yaxşı super qəhrəman filmi adlandırıb. DC Studios-un həmsahibi Peter Safran, öz növbəsində, Ezra Millerin aktyorluğunu və Endi Muschiettinin rejissorluq istedadlarını yüksək qiymətləndirib.