119 il əvvəl götürülmüş kitab kitabxanaya qaytarıldı

119 il əvvəl götürülmüş kitab kitabxanaya qaytarıldı
8 iyul 2023
# 16:00

ABŞ-ın Massaçusets ştatında 119 il əvvəl götürülmüş kitab aid olduğu ictimai kitabxanaya qaytarılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Qərbi Virciniya Universitetinin kitabxanalarında nadir kitablar toplayan Stewart Plein, Ceyms Klerk Maksvellin “Elektrik haqqında traktat” əsərinin Massaçusets ştatındakı Yeni Bedford Xalq Kitabxanasına aid olduğunu bildikdən sonra onu kitabxanaya qaytarıb.

Kitabxanaçının sözlərinə görə, sözügedən kitab 1904-cü il fevralın 14-də götürülüb və bir daha kitabxanaya qaytarılmayıb.

New Bedford Xalq Kitabxanasının direktoru Olivia Melo verdiyi açıqlamada, "Kitab çox yaxşı vəziyyətdə geri qaytarılıb"deyə qeyd edib.

119 il əvvəl götürülmüş kitab, kitabxanaya qaytarıldı - 3

119 il əvvəl götürülmüş kitab, kitabxanaya qaytarıldı - 5

# 907 dəfə oxunub

Müəllifin son yazıları

# # #