Lars von Trier serial çəkəcək

Lars von Trier serial çəkəcək
18 dekabr 2020
# 14:15

Məşhur rejissor Lars von Trier üç ildən sonra çəkiliş meydançasına qayıdır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, danimarkalı rejissor, keçən əsrin 90-cı illərində ortaya çıxan dəhşət dramı “Krallıq” serialının üçüncü mövsümünü ekranlaşdıracaq. Beş hissədən ibarət üçüncü mövsümün istehsalı gələn il üçün planlaşdırılır. Rejissor üçüncü mövsümün beş bölümünün hamısını çəkməklə yanaşı, həm də Nils Vorsellə birgə bölümlərin ssenarisini də yazacaq.

Serialın süjetinin təfərrüatları hələ ki, açıqlanmayıb, lakin yeni epizodlarda həm yeni obrazların debütü, həm də köhnə obrazların geri dönəcəyi məlumdur.

# 1389 dəfə oxunub

Müəllifin son yazıları

# # #