Tanınmış aktyor Dmitri Kondraşov vəfat etdi

Tanınmış aktyor Dmitri Kondraşov vəfat etdi
1 iyul 2023
# 10:10

Rusiyalı aktyor Dmitri Kondraşov 25 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rus teatr və kino aktyoru Dmitri Kondraşov 25 yaşında vəfat edib .

Dmitri Kondraşov 26 may 1998-ci ildə anadan olub. 2020-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunu bitirib. Gənclik Eksperimental Teatrında çalışıb. O, “Əkin mövsümü” və “Görüşün içindən” seriallarında rol alıb.

Qeyd edək ki, hələlik aktyorun ölüm səbəbi məlum deyil.

# 824 dəfə oxunub

Müəllifin son yazıları

# # #