Kulis 10 yaşını qeyd edir

Kulis 10 yaşını qeyd edir
4 aprel 2021
# 10:01

Bu gün - 4 aprel Kulis.az mədəniyyət portalının yarandığı gündür.

Portal 2011-ci ildən internet istifadəçilərinin ixtiyarındadır.

Kulis.az hazırda Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.

Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.

Operativ materiallarla ölkənin ədəbi-mədəni prosesinə işıq tutmaqla yanaşı, müsabiqə və yarışmalar təşkil etmək, müzakirə və sorğular keçirməklə bu prosesə təsir etmək imkanına malikdir.

Kulis.az saytı yaradıcılıqla məşğul olan və bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır. Sayt növbəti illərdə də öz prinsiplərinə sadiq qalacaq, mədəniyyətimizin və ədəbiyyatımızın inkişafı istiqamətindəki fəaliyyətini davam etdirəcək.

Kollektiv adından 10 il ərzində bizimlə olan oxuculara, müəlliflərə dərin təşəkkürümüzü bildiririk.

# 2179 dəfə oxunub

Müəllifin son yazıları

# # #