"Məryəm" Altın Portakal festivalında yarışacaq

"Məryəm" Altın Portakal festivalında yarışacaq
4 sentyabr 2024
# 11:50

Rejissor Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Məryəm” filmi Türkiyənin nüfuzlu “Altın Portakal” Beynəlxalq Film Festivalında yarışacaq.

Kulis.az xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Orkhan Abbasoff, rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərli, prodüserləri Fariz Əhmədov, Suat Köçer və Elçin Musaoğludur.

Film Məryəmlə atasının münasibətlərindən bəhs edir. Məryəm xatirələr vasitəsilə xəstə atasını geri qaytarmağa çalışır. Kənardan bu qeyri-mümkün görünə bilər. Amma biz inanırıq ki, böyük sevgi və inam möcüzələr yaradır. Filmdə əsas rolda Təhminə Rafaella çəkilib.

Filmin istehsalçıları “Azərbaycanfilm”, TRT (Türkiyə), Sinema Evi, Film Arası Yapım (Türkiyə) şirkətləridir.

# 423 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #