Kukla Teatrında “Cırtdan” nümayiş ediləcək

Kukla Teatrında “Cırtdan” nümayiş ediləcək
1 iyun 2021
# 18:58

İyunun 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın yutub kanalında saat 12:00-da göstəriləcək.

Teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.

Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

# 1352 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #