Dünyaca məşhur reper Kardi Bi "Billboard Canada Women in Music 2026" tədbirində "İlin qlobal qadını" mükafatına layiq görülüb.
Kulis.az xəbər verir ki, mükafatlandırma mərasimi noyabrın 24-də Kanadanın Toronto şəhərində yerləşən "Rebel" məkanında baş tutub.
Kardi Bi bu nominasiyada mükafata layiq görülən ilk sənətçi olub.
Qeyd edək ki, 453 min biletin satıldığı ilk böyük konsert turunu reallaşdıran sənətçi 70 milyon dollardan çox gəlir əldə edib.