47-ci Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb.
Kulis.az xəbər verir ki, Avstriya və Almaniyanın birgə istehsalı olan “Dörd mənfi üç” filmi festivalın əsas mükafatı – Qızıl Piramidaya layiq görülüb.
Rejissor Adrian Qoyqinqerin ekran işi eyni zamanda aktyor və aktrisa nominasiyalarında da qalib gəlib. Robert Ştadlober ən yaxşı aktyor, Valeri Paxner isə ən yaxşı aktrisa mükafatını alıb.
Festivalın digər mühüm mükafatlarından biri Rudi Rozenberqin “Sevgi sözləri” filminə verilib. Rejissor bu ekran işinə görə Gümüş Piramidaya layiq görülüb. Ərəb kinosuna ayrılan müsabiqə proqramında da müxtəlif ölkələrdən filmlər mükafatlandırılıb.
Qahirə festivalı regionun ənənəvi kino tədbirlərindən biri hesab olunur və builki nəticələr beynəlxalq kino istehsalının coğrafi müxtəlifliyini bir daha nümayiş etdirib.