Kəramətin kitabı təqdim edildi

Kəramətin kitabı təqdim edildi
18 dekabr 2019
# 17:15

Bu gün AYB-nin Natəvan klubunda 80-cilər nəslinin parlaq imzalarından olan şair Kəramətin “Xatirə muzeyi (adam)” adlı şeirlər kitabının təqdimatı keçirildi.

Kulis.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə AYB katibi Rəşad Məcid açaraq qonaqları salamladı. O, Kəraməti yeni kitabına görə təbrik edib moderatorluğu Ağacəfər Həsənliyə ötürdü.

Ağacəfər Həsənli Kəramətin şeirlərindən, yaradıclığından bəhs etdi: “Kəramət 80-ci illər nəslinin ən parlaq şairlərindəndir. Sadəcə, az görünür. Fərqli, özünəməxsus şeirləri var. Sözün keşiyində dayanan, uğurlu misralarla dolu yaradıcılığı var. Onun 80-lərdə yazdığı şeirlər indi də öz ahəngində, öz üslubundadır”.

A.Həsənli daha sonra qonaqlara söz verdi.

Yazıçı Vaqif Nəsib Kəramətlə bağlı kiçik bir xatirəsini bölüşüb, əlavə etdi: “Kəraməti şair kimi qəbul edirəm. Gözəl şairdir, amma çox az görünür. Xahiş edirəm, özü görünməsə də imzası görünsün.”

Şairin qələm dostları Qəşəm Nəcəfzadə, Əli Şirin Şükürlü, Maarif Soltan, Qulu Ağsəs, Əlisəmid Kür, Mübariz Məsimoğlu və başqaları Kəramətin yaradıcılığından, onunla bağlı xatirələrdən danışdılar.

Qeyd edək ki, “Ol” nəşriyyatında çap olunan kitaba müəllifin son otuz ili əhatə edən yaradıcılığından seçmə şeirlər, “Cəzb və kütlə hökmü” adlı poema daxil edilib.

news-inner

# 2248 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #