Oskarlı filmə "İsrail" embarqosu

Oskarlı filmə "İsrail" embarqosu
17 mart 2025
# 10:35

ABŞ-də "No Other Land" ("Başqa torpaq yoxdur") filmi fələstinlilərdən bəhs etdiyi üçün qadağan edilə bilər.

Kulis.az xəbər verir ki, "Miami Beach" Bələdiyyə başçısı Meiner fələstinlilərin mübarizəsini əks etdirən filmin nümayişini qadağan etmək istəyir.

Buna baxmayaraq, ABŞ-də filmi nümayiş etdirmək istəyən kinoteatrların sayı getdikcə artır.

Qeyd edək ki, filmin "antisemitik" olduğunu iddia edən Meinerin təklifi çərşənbə günü bələdiyyə iclasında müzakirə olunacaq.

# 274 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #