Kianu Rivzi “The Matrix 4"-dən danışdı

Kianu Rivzi “The Matrix 4"-dən danışdı
11 iyun 2020
# 10:57

Lana Laçovskinin ssenarisi məşhur Hollivud aktyoru Kianu Rivzi fantastik franşiza sayılan “The Matrix” filminin 4-cü hissəsində çəkilməsinə həvəsləndirib.

Kulis.az xəbər verir ki, bu barədə aktyor özü “Empire” jurnalına açıqlama verib.

Lana Laçovski elə bir ssenari yazıb ki, onun süjeti mənim qəlbimi titrətdi. Filmə çəkilməyimin səbəbi də yalnız budur”, - deyə K.Rivz bildirib.

“Warner Bros” kinostudiyasından verilən məlumata görə, franşizanın dördüncü hissəsində pərəstişkarlar Kianu Rivz və Kerri-Enn Mossu görə biləcəklər. Filmdə, həmçinin onlarla birlikdə Cada Pinket Smit, Yəhya Abdül Mətin, Nil Patrik Xarris, Cesika Henvik, Conatan Qroff və başqaları çəkiləcək.

Qeyd edək ki, filmin premyerası 2021-ci il mayın 21-nə nəzərdə tutulub./azertag.az/

# 1385 dəfə oxunub

Müəllifin son yazıları

# # #