Kann festivalı təxirə salına bilər

Kann festivalı təxirə salına bilər
7 yanvar 2021
# 09:46

Mövcud epidemoloji vəziyyətlə bağlı olaraq 74-cü Kann festivalı 2021-ci il iyun və ya iyul aylarının sonunda təşkil oluna bilər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat veriblər.

Bildirilib ki, koronavirus pandemiyasına görə 2020-ci ilin mayında təxirə salınan festivalın cari ildə tarixini müəyyən etmək üçün vaxta ehtiyac var.

İlkin olaraq festivalın keçirilməsi mayın 11-dən 22-dək müəyyən edilib, ancaq pandemiyanın yaratdığı sanitar vəziyyətdən asılı olaraq festival iyun-iyul aylarının sonunadək təxirə salına bilər.

Qeyd edilib ki, sanitar vəziyyətə baxmayaraq ötən ilin sentyabrında Berlin və Venesiya biennaleləri keçirilsə də, Kann festivalı təxirə salındı. Cari ildə isə ilin ən böyük Biennalesi olan “Berlinale” artıq mart ayına qədər təxirə salınıb və pandemiyaya görə virtual keçiriləcək.

# 1391 dəfə oxunub

Müəllifin son yazıları

# # #