Kamal Abdulla gənc yazarın hekayəsindən danışdı: “Çox xoşuma gəldi”

Kamal Abdulla gənc yazarın hekayəsindən danışdı: “Çox xoşuma gəldi”
15 iyun 2020
# 12:30

Kulis.az Ömər Xəyyamın “Bizim analarımız, bizim atalarımız” hekayəsi haqda Kamal Abdullanın fikirlərini təqdim edir.

Yaxşı hekayədi. Çox xoşuma gəldi. Borxes deyən kimi bütün mətn yuxudu, daha kimsə mətnin içində yatıb yuxu görmür. Dili də gözəldi. Püxtədi.

Sevindirici hal budur ki, bu mətndə iddiasız bir şəkildə intellektual dərinlik və genişlik var. Mədəniyyətlərarası kontaktın konturları aydın şəkildə görünür.

Bu, çox vacibdir. Bizim baxıb görə biləcəyimiz yaxın və uzaq dəyərlər artıq hədəfə çevrilirlər. Ömər Xəyyamın nəsri uzaq dəyərlərə nüfuz edən nəsrdir.

O öz içində yığılmış müsbət energiyanı elə o şəkildə də ötürməyi bacarır. Onu bölüşməkdən çəkinmir. Məncə, bu, nəsrimiz üçün çox vacib məqamdır.

Təbriklər.

# 3156 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #