Kamal Abdulla “Şərəf” ordeninə, Vahid Əziz Prezident təqaüdünə layiq görüldü

Kamal Abdulla “Şərəf” ordeninə, Vahid Əziz Prezident təqaüdünə layiq görüldü
30 dekabr 2020
# 20:35

Prezident İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) “Şərəf” ordeni ilə təltif olunub.

Nailə Məmmədəli qızı Vəlixanlı isə ölkədə elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

Mükafatlandırılanlar arasında Xalq artisti Mənsum İbrahimov da var. O, Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Başqa bir sərəncamla Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Sərəncamda deyilir:

“Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin".

# 2162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #