Məşhur aktyoru miqrant kimi qələmə verdilər

Məşhur aktyoru miqrant kimi qələmə verdilər
22 avqust 2017
# 15:33

İtaliyada məşhur aktyoru miqrant kimi qələmə veriblər. Kulis.Azın rus mətbuatına istinadən verdiyi məlumata görə, Hollivud aktyoru Samuel Cekson və basketbolçu Mecika Conson İtaliyada istirahətdə olarkən miqrant hesab olunublar.

Onların fotosunu model Nini Moriç Facebook hesabında paylaşılıb. Fotoda skamyada oturan iki adam və onların ətrafında isə brend mağazaların sellofanları var.

Modelin sözlərinə görə, miqrantlar adətən bu skamyalarda əyləşirlər.

Xatırladaq ki, foto ictimaiyyətin qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə müxtəlif səpkili rəylər yazılıb.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

# # #