İsveçrədə yaşayan yazıçımızdan yenilik: Kitabına adınızı yazdıra bilərsiz

İsveçrədə yaşayan yazıçımızdan yenilik: Kitabına adınızı yazdıra bilərsiz
15 mart 2021
# 17:49

Yazıçı Vüsal Aydın nəşrə hazırlanan yeni kitabını oxuculara fərqli şəkildə təqdim edib.

Kulis.az xəbər verir ki, "Dr. Səid" seriyasından olan "İkinci ruhun kölgəsi" romanını oxucular nəşr olunmadan sifariş edə bilər.

Təklifdə qeyd olunur ki, oxucular öncədən sifariş edərək kitabı daha aşağı qiyməti əldə edə və kitaba öz adını yazdıra bilər.

Beləki, satış qiyməti 8 manat 50 qəpik olacaq kitabı öncədən sifariş edən şəxslər 6 manat ödəməklə əldə edə bilər.

Ödəniş zamanı oxucular daha yüksək məbləğ köçürərək əlavə imtiyazlar qazana bilər.

# 2002 dəfə oxunub

Müəllifin son yazıları

# # #