“Ustad” dərgisinin sentyabr buraxılışı nəşr olundu

“Ustad” dərgisinin sentyabr buraxılışı nəşr olundu
11 sentyabr 2019
# 12:34

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 29-cu sayı nəşr olunub.

Redaksiya heyətindən Kulis.az-a verilən məlumata görə, “Ustad”ın sentyabr sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

Dərgi şef redaktor Müşfiq Xanın “Elua a elua” adlı yazısı ilə başlayır. Ədəbi mətn müəlliflərindən Ketrin Mensfild (“Gəlincik evi” hekayəsi), Melisa Kesmez (“Balıq peçenye” hekayəsi), Səbuhi Şahmursoy (“Pul tapmaq adəti” hekayəsi), Şəfa Vəli (“İş və İşşa” hekayəsi), Aytac Sahəd (“Xala kədəri” hekayəsi), araşdırma məqalə, esse və resenziya müəlliflərindən Ceylan Mumoğlu (““Sonuncu dərviş”dən sonra” resenziyası), Xanəmir Telmanoğlu (“Gizləndiyimiz adların altında” essesi), Xanım Anela (“Dahi insanlar məşhur olmamışdan əvvəl hansı kitabları oxuyurdular?” adlı tərcümə məqaləsi), Elnarə Qaragözova (“Magik realizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində: ilkin mənbələr, köklər” məqaləsi), Kənan Hacı (“Sürgün dövrünün romanı” məqaləsi), Aygün Ələkbərova (“Heç də ali olmayan insanın öz dünyası ilə müharibəsi” resenziyası), Pərvanə Bayramqızı (“Var olsun şeirimiz, şairlərimiz!” essesi), Aleksandra Akulova (“Aqata Kristinin əsərlərində psixologizm” resenziyası), Simran Qədim (“Tesey paradoksu” essesi) və Könül Nuriyeva (“Nitsşeyə Sveyq baxışı” essesi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.

Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun, artıq 70 illiyini qeyd edən akademik İsa Həbibbəyliyə həsr etdiyi yazısı “İsa çox savadlı yoldaşdır” adlanır.

“Nə sevgi var, nə də məhəbbət şeirləri!” deyən Türk yazıçısı, şairi və dramaturqu Mehmet Kurtoğlu “Ustad”ın bu sayının müsahibidir. Onunla jurnalist Tural Cəfərli söhbətləşib.

Dərginin “Üst Ad” uşaq əlavəsi” bölməsində isə Gəncə şəhəri, 4 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Əhməd Qəmbərlinin “Qara üzüyün cinayəti” hekayəsi dərc olunub.

“Ustad”ın 29-cu sayını artıq kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

# # #