İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında 

İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında 
18 yanvar 2021
# 17:58

Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsi Gürcüstanın “Literary Translators Association of Georgia” elektron kitabxanasına yerləşdirilib.

Kulis.azın verdiyi xəbərə görə əsər Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində həyata keçirilib.

Hekayə eyni zamanda təşkilatın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.

Əsəri gürcü dilinə tanınmış Azərbaycan yazıçısı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.

# 1565 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #