Zarafat ananası necə sənət əsərinə çevirdi?

Zarafat ananası necə sənət əsərinə çevirdi?
10 may 2017
# 11:17

Şotlandiyada universitet tələbələrinin zarafatla incəsənət sərgisinə qoyduqları ananas sənət əsəri hesab edilərək şüşə vitrin içində sərgilənib.

22 yaşındakı Ruairi Gray də dostu Lloy Jack supermarketdən bir sterlinqə aldıqları ananası Aberdindəki Robert Qordon Universitetindəki bir sərgiyə veriblər.

Tələbələr dörd gün sonra sərgiyə gəldikdə ananasın nümayiş olunduğunu görüblər.

Gray bildirib ki, boş vitrin görüb və insanların onu həqiqi sənət əsəri sanıb-sanmayacağını öyrənmək üçün əlindəki ananası ora qoyub.

İncəsənət festivalının təşkilatçıların olan Natalie Kerr ananası kimin vitrin içinə qoyduğunu bilmədiyini söyləyib.

Keçən il Modern İncəsənət Muzeyində zarafatla salonun yerinə qoyulan bir eynəyi ziyarətçilər postmodern əsər hesab etmişdilər.

# 1287 dəfə oxunub

Müəllifin son yazıları

# # #