İsa Hüseynovun "Saz" hekayəsi Qırğızıstan ədəbiyyat portalında - Foto

İsa Hüseynovun "Saz" hekayəsi Qırğızıstan ədəbiyyat portalında - Foto
8 iyun 2020
# 18:51

Qırğızıstanın məşhur Literatura.kg (Ədəbiyyat.kg) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuş “Saz” hekayəsini yerləşdirib.

Tərcümə Mərkəzindən Kulis.aza verilən məlumata görə, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilmiş əsər yazıçı və onun yaradıcılığı ilə bağlı geniş məlumatla təqdim edilir.

Qeyd edək ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” bölməsi mütəmadi olaraq Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.

Gallery

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

# # #