Hollivudda film və serialların çəkilişi bərpa edildi

Hollivudda film və serialların çəkilişi bərpa edildi
17 iyun 2020
# 14:39

İyunun 12-dən koronavirus pandemiyasına görə dayandırılan Hollivud film və seriallarının çəkilişləri bərpa edilib.

Bu qərar Kaliforniya hökuməti tərəfindən artıq təsdiq edilib.

Lakin çəkilişə başlamazdan əvvəl prodüserlər yerli səhiyyə orqanlarına müraciət etməli, təhlükəsizliyin təmin olunması üçün isə aktyorlar və işçi qrupları koronavirus testindən keçməli olacaqlar.

Qeyd edək ki, daha əvvəl “Netflix” yayım şirkəti və Fransa hökuməti film və serialların çəkilişini bərpa etmişdi. /axsam.az/

# 2078 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #