Rusiya paytaxtında MDB ölkələrinin “Moskva premyerası” Beynəlxalq Kino Festivalı keçiriləcək.
Festivalda Azərbaycan kinematoqrafçılarının iki filmi nümayiş etdiriləcək. Oktyabrın 29-dan noyabrın 3-dək davam edəcək festival MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilir.
Kinofestival çərçivəsində Azərbaycan kinematoqrafçılarının – Elmar İmanovun “Mövsümün sonu” və Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmləri nümayiş olunacaq. Bütün filmlər istehsalçı ölkənin dilində, rus dilində subtitrlərlə təqdim ediləcək. /azertag.az/