Həmid Herisçi sponsor üçün müraciət etdi: "Gözləyirəm"

Həmid Herisçi sponsor üçün müraciət etdi: "Gözləyirəm"
8 yanvar 2021
# 13:42

Tanınmış şair, yazıçı Həmid Herisçi yeni şeirlər kitabını çap etməyə hazırlaşdığını və bunun üçün sponsora ehtiyac duyduğunu bildirib.

Bu barədə Kulis.aza açıqlama verən H.Herisçi bildirib ki, şair kitabını çap etmək üçün öz cibindən pul xərcləməməlidir:

"Ən azından tanınmış, seçilən imzalarda belə olmalıdır. Nə də ki, kitabının satışı ilə özü məşğul olmamalıdır. Mən də Azərbaycan poeziyası üçün yetərincə vacib imzayam. Mənim şeirlərimdə həm ənənəvilik, həm də yenilik, müasirlik var, bu da asan məsələ deyil. Mən futurist şairəm".

Müəllif qeyd edib ki, hələ kitabın adı dəqiqləşməyib.

"Kitabın adını hələ seçməmişəm, adı sponsor tapıldıqdan sonra müəyyənləşdirəcəm. Kitabda yeni şeirlərim olacaq. Düşünürəm ki, çox əla şeirlərdi və ona görə də çox gözəl, keyfiyyətli bir kitab çap etmək istəyirəm. Mənim bu müraciətimin ən əsas məqsədi maddiyat yox, insanları, cəmiyyəti ədəbi prosesə qoşmaqdı. İnsanlar sevdikləri yazarların, şairlərin kitablarının çap olunmasında maraqlı olmalıdır. Mən də müraciətimi etmişəm, gözləyirəm".

# 2174 dəfə oxunub

Müəllifin son yazıları

# # #