Ədəbiyyatımızın ən gözəl şeirlərindən biri - Mətn

Ədəbiyyatımızın ən gözəl şeirlərindən biri - Mətn
29 iyun 2020
# 11:15

Bu gün böyük Azərbaycan şairi Əli Kərimin anım günüdür. Kulis.az bu münasibətlə onun ədəbiyyatımızın ən gözəl nümunələrindən olan “... xatirəsinə” şeirini təqdim edir.

O, dünyada yox imiş.
Gördüyüm kəs yuxuymuş...
Nə siqaret çəkərmiş,
Hey sümürə-sümürə.
Nə də
baş qaldırarmış
xırda bir səs-səmirə.

Oturmazmış
burada,
bu divarın yanında.

Görünməzmiş
dərdimiz
onun həyəcanında.

Özü olmadığından
olmayıb bir arzusu.

Nə biz olmuşuq,
nə o,
Ağ bir yalan imiş bu.
Ağlama, könlüm,
kiri...
Gözümdə yaş qalmayıb,
Bu adda,
bu nişanda,
O gözəl gənc
cahanda
Olmayıb,
olmayıb,
olmayıb...

1969

# 2818 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #