Günel Eminlinin yeni kitabı işıq üzü gördü

Günel Eminlinin yeni kitabı işıq üzü gördü
4 dekabr 2020
# 14:19

Yazıçı Günel Eminlinin “Əlifba” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab klassik əlifba dərslikərindən öz rəngarəngliyi və diləyatımlı, oynaq şeirləriylə fərqlənir. Hər hərfə uyğun olaraq, konseptual mövzuları əhatə edərək, hərflərin təkrarı ilə uşaqların daha rahat əzbərləyə biləcəyi şeirlər yer almışdır. Kitabda cəngəllikdə yaşayan heyvanlardan tutmuş oyuncaqlara qədər – uşaqların maraq dünyasını əhatə edən bütün müasir mövzular da var.

Kitabın illüstratoru Aytac Abdullayevadır. Əlifba - “Parlaq İmzalar”a məxsus – “Simurq” nəşriyyatında çapdan çıxmışdır. Bu əlifba müasir uşaqların əlifbasıdır.

Kitabı yaxın günlərdə şəhərin bütün kitab mağazalarından əldə edə bilərsiniz.

# 3299 dəfə oxunub

Müəllifin son yazıları

# # #