Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı
26 yanvar 2026
# 17:17

Ermənistanın Baş naziri Nikol Paşinyan öz rok qrupunu yaradıb.

Kulis.az xəbər verir ki, bu barədə Baş nazir rəsmi feysbuk hesabında yeni layihəsinin anonsunu paylaşıb.

Məlumata görə, qrupun adı “Varçabend” (“Varchaband”) adlanır. Bu ad ermənicə “varçapet” (Baş nazir) və ingiliscə “band” (musiqi qrupu) sözlərinin birləşməsindən yaradılıb.

Xatırladaq ki, bundan əvvəl o, gəncləri yanvarın 30-da İrəvanda keçiriləcək ilk konsertinə dəvət edib. Lakin tədbirə qatılmaq istəyənlərin sayı həddindən artıq çox olduğu üçün müraciətlərin qəbulu artıq dayandırılıb.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər