Gənc yazıçının ilk romanı çap olundu

Gənc yazıçının ilk romanı çap olundu
8 may 2020
# 14:53

Azərbaycanlı gənc yazar Şamxal Həsənovun “Səs və ya qırmızı” romanı işıq üzü gördü.

Kulis.azın verdiyi xəbərə görə, “Qanun” nəşrlər evində çap olunan kitab bir ailənin (ata, ana və oğul) münasibətlərindən bəhs edir.

Roman Azərbaycanda çox az işlənilən şüuraxını və daxili nitq üslubunda yeni fəndlərlə qələmə alınıb. Müəllif insanların çox incə və dərin hislərinə baş vurmağa çalışıb.

Kitabı bu gündən etibarən “Əli və Nino” mağazalar şəbəkəsindən və Qanun Nəşrlər Evinin kitab mağazasından əldə edə bilərsiniz.

Kitabı nəşriyyatın veb-səhifəsindən onlayn sifariş etmək də mümkündür.

Roman hazırda fransız dilinə tərcümə olunur və Strazburqda fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında da çap olunacaq.

Xatırladaq ki, bundan əvvəl Şamxal Həsənovun hekayələri saytımızda yayımlanıb və oxucuların marağına səbəb olub. O, ixtisasca hüquqşünasıdr, Fransada magistratura təhsili alıb.

# 4211 dəfə oxunub

Müəllifin son yazıları

# # #